Təhsil nazirindən “son zəng”lə bağlı TƏKLİF

“Hər bir şagirdin həyatında son zəng tədbiri xüsusi yer alır. Lakin əminəm ki, şagirdlər mövcud vəziyyəti düzgün dəyərləndirərək qərar qəbul edəcəklər”.
1news.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
“Bu tədbiri daha sonrakı mərhələlərdə də keçirmək olar. Onu da istisna etmirəm ki, bəzi şagirdlərimiz kreativlik nümayiş etdirirək bu tədbiri online rejimdə də keçirə bilərlər. Bu müddət ərzində məsuliyyətimizi ortaya qoyaraq kütləvi tədbirlərdən qaçmalıyıq” – deyə nazir fikirlərinə əlavə edib.
Qafar Ağayev
695