Ceyhun Bayramov: “Qəbul imtahanına son iki ayın dərs proqramlarının salınmaması ilə bağlı təklifə baxıla bilər” | 1news.az | Xəbərlər
Cəmiyyət

Ceyhun Bayramov: “Qəbul imtahanına son iki ayın dərs proqramlarının salınmaması ilə bağlı təklifə baxıla bilər”

18:09 - 27 / 04 / 2020
Ceyhun Bayramov: “Qəbul imtahanına son iki ayın dərs proqramlarının salınmaması ilə bağlı təklifə baxıla bilər”

"11-ci sinfin buraxılış imtahanları normalda aprel ayında keçirilirdi. Ötən il də imtahanlarda aprel və may ayının dərs proqramları istifadə edilmirdi. Çünki proqram əvvəldən açıqlanırdı".

1news.az xəbər verir ki,  bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“Tədris olunmayan mövzular imtahana yəqin ki, salınmayacaq. Qəbul imtahanına son iki ayın dərs proqramlarının salınmaması ilə bağlı təklifə müsbət baxıla bilər” – deyə, Ceyhun Bayramov fikirlərinə əlavə edib.

Nazir müavini Məhəbbət Vəliyeva əlavə edərək bildirib ki, imtahanda istifadə olunan proqramlar ümumtəhsil dövlət standartlara uyğun formada olur:

"Buraxılış imtahanlarında istifadə olunan sualların içərisində son dərs aylarının məzmuna çox az yer verilir".

Qafar Ağayev

Paylaş:
1509

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər