Məktəblərdə yay tətili ləğv oluna bilər? – RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəblərdə yay tətili ləğv oluna bilər? – RƏSMİ

18:18 - 27 / 04 / 2020
Məktəblərdə yay tətili ləğv oluna bilər? – RƏSMİ

“Dərs ili müddətinin artırılması və yay tətilinin ləğvi ilə bağlı məsələ real vəziyyət göz önünə gətirilərək öz həllini tapa bilər”.

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib:

“Bu gün üçün bütün ölkələrin təcrübələri nəzərə alınaraq qərarların qəbul edilməsində rol oynaya bilər. Ümumilikdə isə mövcud real vəziyyət yerli kontent nəzərə alınmaqla müddətlə bağlı qərar veriləcək.

İndidən hansısa tarix barədə məlumat vermək düzgün olmaz. Qərarlar qəbul edilərkən bir sıra yeni normativlər və real şərait nəzərə alınacaq”.

S.Xankişiyeva

 

Paylaş:
684

Son xəbərlər

Bütün xəbərlər