“Azərişıq”dan istehlakçılara çağırış – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərişıq”dan istehlakçılara çağırış – VİDEO

18:24 - 27 / 04 / 2020
“Azərişıq”dan istehlakçılara çağırış – VİDEO

“Azərişıq” ASC koronavirus (COVID 19) pnademiyasının yayılmasının qarşısının alınması məqsədi ilə istehlakçılarına #evdəqal çağırışı edib.

1news.az xəbər verir ki, bu məqsədlə Səhmdar Cəmiyyət abunəçiləri maarifləndirəcək videçarx da hazırlayıb.

Videoçarxda abunəçilərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün “Azərişıq” əməkdaşlarının bu çətin gündə iş başında olduqları göstərilir və bunu nəzərə alaraq istehlakçıların da #evdəqal çağırışına əməl etmələri tövsiyə olunur.

Sosial çarxda insanlara “Yenidən qovuşacağımız günlər yaxında, hələlik isə evdə qalın! İşıqlı günlər üçün həmrəy olaq. Çünki biz birlikdə güclüyük” çağırışı edilib.

Həmin videonu təqdim edirik:

Qafar Ağayev

Paylaş:
711

Son xəbərlər

Bütün xəbərlər