Azərbaycandan tibbi ləvazimatların çıxarılmasına qoyulan məhdudiyyət uzadıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycandan tibbi ləvazimatların çıxarılmasına qoyulan məhdudiyyət uzadıldı

21:00 - 27 / 04 / 2020
Azərbaycandan tibbi ləvazimatların çıxarılmasına qoyulan məhdudiyyət uzadıldı

Yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan Respublikasının ərazisindən aparılmasının məhdudlaşdırılmasına dair müddət daha 2 ay uzadılıb.

1news.az-ın verdiyi xəbərə görə, Nazirlər Kabineti bununla bağlı "Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında" 14 fevral 2020-ci il tarixli qərarında dəyişiklik edib.

Bu müddət mayın 1-dən iyulun 1-dək uzadılıb.

S.Xankişiyeva

Paylaş:
726

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər