Karantin qaydalarını pozduğuna görə cərimələnən sürücülərin sayı 41 mini keçdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Karantin qaydalarını pozduğuna görə cərimələnən sürücülərin sayı 41 mini keçdi

10:17 - 27 / 04 / 2020
Karantin qaydalarını pozduğuna görə cərimələnən sürücülərin sayı 41 mini keçdi

Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 26.04.2020-ci il saat 00:00-dan 27.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) 1news.az-a verilən məlumata görə, Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 26.04.2020-ci il saat 00:00-dan 27.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1397 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 41404 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qafar Ağayev

Paylaş:
734

Son xəbərlər

Bütün xəbərlər