39 yeni yoluxan, 59 sağalan var - Azərbaycanda 28 aprel üçün koronavirus STATİSTİKASI | 1news.az | Xəbərlər
Cəmiyyət

39 yeni yoluxan, 59 sağalan var - Azərbaycanda 28 aprel üçün koronavirus STATİSTİKASI

17:02 - 28 / 04 / 2020
39 yeni yoluxan, 59 sağalan var - Azərbaycanda 28 aprel üçün koronavirus STATİSTİKASI

Azərbaycan Respublikasında 39 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1221 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib, 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 22 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 132.640 test aparılıb.

Qafar Ağayev

Paylaş:
580

Son xəbərlər

Bütün xəbərlər