Samsung-la #evdəqal-ın və hədiyyələr qazanın – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Samsung-la #evdəqal-ın və hədiyyələr qazanın – FOTO

10:00 - 29 / 04 / 2020
Samsung-la #evdəqal-ın və hədiyyələr qazanın – FOTO

Karantin günlərinə rəng qatmaq üçün Samsung, "Samsung ilə evdə qal" adlanan xüsusi layihəyə start verib.

Layihədə, asudə vaxtınızın məşhurlarımızla birlikdə təşkil edilməsi təklif olunur. Beləliklə, gününüzün necə keçəcəyinə özünüz qərar verin, istər yemək bişirin, idman edin, istərsə də sevdiyiniz filmləri seyr edib zövq alın.

Bunun üçün sadəcə Samsung-un rəsmi  InstagramFacebook səhifələrinə keçid almaq yetərlidir. Belə ki, səhifələrdə hər gün aşpaz tövsiyələri, fitness dərsləri, həmçinin oyunlar və ən son smartfon tətbiqləri ilə bağlı ekspert icmalı təqdim edilir. Əlavə olaraq isə, burada sözü  gedən dünyaca məşhur brenddən qiymətli hədiyyələr də qazanmaq şansınızın var.

Bunun üçün komandalardan birinə qoşulmalı və müsabiqə də iştirak etməlisiniz. Qeyd edək ki, yarışmalarda iştirak edərək buna misal olaraq Galaxy Buds +, Samsung mikrodalğalı sobası, Galaxy Active Watch II və Serif TV kimi hədiyyələrə sahib ola bilərsiniz.

Beləliklə, Çingiz Mustafayevin - "Tənha gəzən" mahnısını ifa etməklə siz Samsung Galaxy Buds + qazanmaq şansına sahib olursunuz. Müsabiqədə iştirak etmək üçün ifanızı video şəklində qeydə almalı və Samsung-un rəsmi  Instagram və ya Facebook səhifələrinə göndərməlisiniz. Qaliblər əvvəlcədən seçilmiş 5 iştirakçı arasından random vasitəsi ilə təyin olunaraq elan ediləcək, yarışma 15 May tarixinədək davam edir.

İstedadlı rejissor Emil Quliyev isə sizə bənzərsiz televizor olan, Samsung Serif qazanmaq şansı təqdim edir. Belə ki, bunun üçün ailənizin iştirakı ilə necə #evdəqal-dığınız haqqında 3 dəqiqədən çox olmayan video çarx çəkməli və onu şirkətin rəsmi sosial şəbəkə səhifələrinə (Instagram və ya Facebook) göndərməlisiniz. Oyunun qalibi rejissor tərəfindən seçilmiş 10 iştirakçı arasında təsadüfi  seçim əsasında müəyyən ediləcəkdir. Beləliklə, təkrar olunmaz Serif TV-ni qazanmaqla yanaşı, ailənizlə də birgə əylənmək şansınız olacaq.

Sadə yemək bişirmək belə, sizə Samsung-dan hədiyyə qazanma şansı təqdim edə bilir. Bunun üçün Sunanın təklif etdiyi 4 inqrediyentdən (ət, badımcan, soğan və pomidordan) istifadə edib, yemək hazırlayaraq, mikrodalğalı soba qazana bilərsiniz. Məhsul siyahısı qeyd edilən inqrediyentlərlə məhdudlaşmır, sadəcə sözü gedən bu 4 məhsul digərləri arasında mütləq istifadə olunmalıdır. Beləliklə, bişirmə prosesini video resept formatında çəkərək,  müsabiqənin Instagram və ya Facebook səhifəsinə göndərməniz xahiş olunur. Aşpaz müsabiqə iştirakçılarının arasından 10 nəfəri seçərək qalibi random vasitəsi ilə elan edəcək.

Həmçinin, bu aksiya çərçivəsində Ülkər Xəlilinin iştirakı ilə məxsusi gözəl xanımlarımız üçün təşkil edilmiş yarışma ilə tanış ola bilərsiniz. Beləliklə, dəyərli xanımlarımızdan çarxda göstərilən bütün hərəkətləri təkrarlayaraq, video çəkmək və Samsung-un rəsmi Instagram və ya Facebook səhifəsinə göndərmək tələb olunur. Çəkiliş zamanı hərəkətlərin düzgün yerinə yetirilməsinə, həmçinin saniyəölçənin göstəricilərinin sizinlə birlikdə kadra düşməsinə diqqət yetirin. Müsabiqənin bütün şərtlərini düzgün yerinə yetirən iştirakçıların Samsung Galaxy Active Watch II qazanmaq şansı olacaq

Hər iki müsabiqə 15 may tarixinə qədər davam edir.

Qeyd edilən yarışma yalnız xanımlara şamil olunurdusa, Fövqi Əfəndi tərəfindən təqdim edilmiş bu müsabiqə sırf bəylər üçün nəzərdə tutulub. Burada da iştirak şərtləri eynidir, belə ki, çarxda göstərilən bütün hərəkətləri təkrarlayıb, saniyəölçənin göstəricilərinin sizinlə bir yerdə kadra düşməsinə diqqət yetirməklə video çəkmək və müsabiqə səhifələrinə (Instagram və ya Facebook) göndərmək tələb olunur.

Xatırladaq ki, qalib Galaxy Active Watch II qazanacaq, videoların son qəbul günü isə 15 Maydır.

Samsung-un hər birinizə daha bir sürprizi var, belə ki, hər iki aşpazımız sizləri yarışmada iştirak etməyə çağırır. Beləliklə, Fərhad Aşurbəylinin təqdim etdiyi ikinci müsabiqədə istifadə etdiyiniz inqrediyentlərin arasında toyuq, göbələk və ispanağın mütləq şəkildə olması şərti ilə, yemək bişirməyə dəvət olunursunuz. Burda da, yeməyin hazırlanma prosesi video resept formatında qeydə alınmalı və şirkətin rəsmi səhifələrinə (Instagram və ya Facebook)  göndərilməlidir. Müsabiqə 15 May tarixinə qədər davam edir.

Hər birinizi, müsabiqələrdə iştirak edib, Samsung-dan hədiyyələr qazanaraq, karantin günlərinizə rəng qatmağa çağırırıq. Əlavə məlumat əldə etmək üçün şirkətin rəsmi səhifələrini (InstagramFacebook)   sosial şəbəkələrdə izləməyi unutmayın.

Reklam hüququnda

Paylaş:
715

Son xəbərlər

Bütün xəbərlər