Bakıda sürücünün qarşısını kəsərək vuran şəxs saxlanıldı - VİDEO

Qaraçuxur qəsəbəsində avtomobilin qarşısını kəsərək sürücünü vurub təhqir edən şəxs barəsində açıqlama verilib.
1news.az-ın məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov “avtosfer.az”a açıqlamasında bildirib ki, 99-RZ-878 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə qaydaları pozaraq sürücünün qarşısını kəsib onu vuran Suraxanı rayon sakini 32-ci bölmənin əməkdaşları tərəfindən saxlanılıb.
“Şikayət edən sürücü də 32-ci polis bölməsinə dəvət edilərək hər iki tərəfin izahatları alınıb. Şikayətçinin vurulması iddiası ilə bağlı qərar qəbul olunaraq məhkəmə-tibb ekspertizası da təyin edilib.
Bu məsələ ilə bağlı yekun qərar məhkəmə tərəfindən veriləcək”, - deyə Vaqif Əsədov bildirib.
Qeyd edək ki, aprelin 26-da Bakıda daha bir sürücünün xuliqanlıq edərkən çəkilmiş görüntüsü yayılıb.
Həmin hadisənin görüntüsünü təqdim edirik:
1news.az