“Yüksəliş” müsabiqəsi vebinar təşkil edib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Yüksəliş” müsabiqəsi vebinar təşkil edib – FOTO

17:52 - 29 / 04 / 2020
“Yüksəliş” müsabiqəsi vebinar təşkil edib – FOTO

"Yüksəliş" müsabiqəsi "Peşəkar CV və uğurlu müsahibənin əsasları" mövzusunda vebinar təşkil edib.

1news.az-ın verdiyi xəbərə görə, 28 (saat 19:00-20:00) və 29 aprel (saat 15:00-16:00) tarixlərində "Zoom" proqramı vasitəsilə keçirilən vebinar insan resursları və inzibati idarəetmə sahəsində 20 ildən çox təcrübəyə malik Vüsalə Kərimova tərəfindən aparılıb. Təlimçi işə müraciət zamanı CV-nin hazırlanması, yüksək keyfiyyətli CV-də işəgötürən tərəfindən diqqət yetiriləcək məqamlar, peşəkar karyera yolunda iş müsahibələrinə hazırlığın əsas tərəfləri, müsahibin düzgün geyim seçimi və davranış qaydaları, bu sahəni əhatə edən digər faydalı məlumatları bölüşüb. Vebinara 557 nəfər qatılıb.

Xatırladaq ki, hazırda "Yüksəliş" müsabiqəsinin videomüsahibə turu davam edir. Aprelin 10-dan start götürən videomüsahibə turu mayın 1-də yekunlaşacaq.

S.Xankişiyeva

Paylaş:
794

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər