Bakıda ağacların dibini betonlayan şirkət 4000 manat cərimələndi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ağacların dibini betonlayan şirkət 4000 manat cərimələndi – FOTO

18:10 - 29 / 04 / 2020
Bakıda ağacların dibini betonlayan şirkət 4000 manat cərimələndi – FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bayıl qəsəbəsi, Ziya Yusifzadə ünvanında ağacların dibinin betonlanması ilə bağlı daxil olan məlumat əsasında sözügedən ünvana baxış keçirilib.

Bunu 1news.az-a Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

O qeyd edib ki, araşdırma zamanı sözügedən ünvanda tikinti işləri aparan "Sabah Residens” MTK tərəfindən 16 ədəd müxtəlifcinsli ağacın gövdəsinin betonlandığı müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub və "Sabah Residens” MTK hüquqi şəxs qismində 4000 manat məbləğində cərimə edilib.

Nazirliyin sözçüsü bildirib ki, ağacların dibinin təmizlənməsi ilə bağlı MTK-ya nazirliyin əməkdaşları tərəfindən göstəriş verilib və ağacların dibi şirkətin işçiləri tərəfindən betondan təmizlənib.

Bakıda ağacların dibləri betonlanıb - FOTO

S.Xankişiyeva

 

Paylaş:
660

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər