Millət vəkili karantin dövründə seçicilərilə növbəti onlayn video qəbullar keçirib – FOTO

Deputat karantin dövründə seçicilərilə növbəti onlayn video qəbullar keçirib.
1news.az-ın verdiyi xəbərə görə, Milli Məclisin deputatı Şahin Seyidzadə Abşeron (Qobu, Saray və Ceyranbatan qəsəbələri) və Qobustan (Qobustan şəhəri, Nərimankənd və Sədəf kəndləri) rayonları üzrə vətəndaşların yaşadığı ünvan üzrə qeydə alınması, sosial müavinət, tibb sahələri ilə bağlı müraciətləri dinləyib.
Həmçinin gənc müəllimlərlə karantin rejimi dövründə onlayn qaydada təşkil etdikləri interaktiv tədris metodları ilə bağlı da video görüş keçirib.
#EvdəQal təlimatına əməl edən deputat seçicilərilə onlayn görüşlər keçirib - FOTO
S.Xankişiyeva
821