“28 Mall”dan oğurluq edən şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

“28 Mall”dan oğurluq edən şəxs saxlanıldı

09:42 - 29 / 04 / 2020
“28 Mall”dan oğurluq edən şəxs saxlanıldı

Bakıda ticarət mərkəzindən oğurluq edən şəxs saxlanılıb.

1news.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisindəki "28 Mall" ticarət mərkəzində baş verib. Martın 9-da naməlum şəxs mərkəzdəki mağazaların birində paltar dəyişmə otağından müştəriyə məxsus, içərisində 516 manat olan pul kisəsini oğurlayıb.

Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənə Qubadlı rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə məhkum olunmuş, 1981-ci il təvəllüdlü T.Talıbzadə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
502

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər