WhatsApp-da koronavirusa görə yeni funksiya işə düşdü | 1news.az | Xəbərlər
Cəmiyyət

WhatsApp-da koronavirusa görə yeni funksiya işə düşdü

13:54 - 29 / 04 / 2020
WhatsApp-da koronavirusa görə yeni funksiya işə düşdü

WhatsApp messencerində qrup şəklində audio-video zənglərdə iştirak edəcək istifadəçi sayına qoyulan limit artırılıb.

1news.az xəbər verir ki, hazırda qrupa 4 deyil, 8 nəfər qoşula bilər. Daha əvvəl bu funksiya test versiyalarda mümkün olub. Onun aktivləşməsi üçün tətbiqetməni yeniləmək lazımdır.

İştirakçıları qrupa əlavə etmək ardıcıllığı əvvəlki kimidir: "Yeni qrup yarat", "Formatı seç" (audio, video) və "Lazımi istifadəçiləri daxil et".

Qrup söhbətlərində istifadəçi sayının artırılması zərurəti koronavirus pandemiyası ilə əlaqələndirilib. Şirkətdən verilən açıqlamada deyilir:

"Pandemiya səbəbindən çoxları dostlarından və ailəsindən uzaq qalıb. Bu səbəbdən istifadəçilər daha çox audio və video zənglərdən istifadə etməyə başlayıb. Bu səbəbdən qrup söhbətləri üçün istifadəçilərin sayı artırıldı".

1news.az

Paylaş:
606

Son xəbərlər

Bütün xəbərlər