Bülbülə sakinindən narkotik vasitələr və silah-sursat aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bülbülə sakinindən narkotik vasitələr və silah-sursat aşkar edilib

15:03 - 30 / 04 / 2020
Bülbülə sakinindən narkotik vasitələr və silah-sursat aşkar edilib

Bülbülə qəsəbə sakinindən narkotik vasitələr və silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsəbə sakini A.Süleymanov Suraxanı rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 13 qrama yaxın heroin, yaşadığı evə baxış zamanı isə əlavə 2 kiloqramdan artıq heroin, 1 ədəd “Dragon” markalı vinçester tipli tüfəng və 11 ədəd patron aşkar edilərək götürülüb.

1news.az

Paylaş:
543

Son xəbərlər

Bütün xəbərlər