Məhkəmə DTX-nın həbs etdiyi icra başçısı ilə bağlı qərar verdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Məhkəmə DTX-nın həbs etdiyi icra başçısı ilə bağlı qərar verdi

19:21 - 30 / 04 / 2020
Məhkəmə DTX-nın həbs etdiyi icra başçısı ilə bağlı qərar verdi

Səbail rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev barəsində verilən təqdimata baxılıb.

APA-nın məlumatına görə, məhkəmədə təqdimat təmin edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, M. Quliyevin ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlandığı yayılmışdı.

Aprelin 30-da M.Quliyev Prezident İlham Əliyevin imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.

S.Xankişiyeva

 

 

 

Paylaş:
756

Son xəbərlər

Bütün xəbərlər