Azərbaycanda koronavirusa yoluxmuş 92 yaşlı qadın sağaldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirusa yoluxmuş 92 yaşlı qadın sağaldı

19:48 - 30 / 04 / 2020
Azərbaycanda koronavirusa yoluxmuş 92 yaşlı qadın sağaldı

Azərbaycanda koronaviorusa (COVİD-19) yoluxmuş ən yaşlı sakin sağalaraq evə buraxılıb.

Trend-in məlumatına görə, həmin şəxs 1928-ci il təvəllüdlü Axundova Agabəyim Şaban qızıdır.

Belə ki, aprel ayının ilk günlərində koronavirusa yoluxmuş Lənkəranın Boladı kəndində yaşayan Ağabəyim Axundovada ilk olaraq güclü öskürmələr başlayıb. Həkimə müraciət edəndə isə onun koronavirusa yoluxduğu müəyyən edilib.

Daha sonra o, virusa yoluxmuş şəxslərin müalicə olunduğu xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində 92 yaşlı qadın sağalaraq evə buraxılıb. Ağabəyim xanım buna görə həkimlərə təşəkkür edib:

"Arada öskürürdüm. Başa düşmürdüm ki, nədir. Həkimlər mənim nazımı çəkirdilər. Natiq adlı həkim idi, gəlib alnımdan öpürdü. Onlara təşəkkür edirəm. Mənə çox yaxşı baxırdılar. Hazırda heç bir şikayətim yoxdur. Yeyib-içirəm, rahat yatıram".

S.Xankişiyeva

 

Paylaş:
732

Son xəbərlər

Bütün xəbərlər