Bakıda qaz qurğularına çırpılan “Hyundai” yandı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qaz qurğularına çırpılan “Hyundai” yandı - FOTO

10:18 - 30 / 04 / 2020
Bakıda qaz qurğularına çırpılan “Hyundai” yandı - FOTO

Bakıda avtomobil qəzası nəticəsində qaz avadanlıqları sıradan çıxıb.

“Azəriqaz” İstehsalat Birliyindən 1news.az-a verilən məlumata görə, aprelin 30-da səhər saatlarında Nərimanov rayonu Qafur Rəşidov küçəsində qeyri-yaşayış sahələrini təbii qazla təmin edən 108 mm-lik qaz kəməri 90-FM-715 dövlət nömrə nişanlı Hyundai markalı avtomobillə vurularaq yararsız hala salınıb.

Qəza zamanı baş vermiş yanğın nəticəsində avtomobil ilə yanaşı, qaz kəmərinin üzərində olan G-250 sənaye tipli qaz sayğacı və 100 mm-lik siyirtmə, həmçinin RDUK-100 tipli qaz tənzimləyicisi yanaraq yararsız hala düşüb. Qeyri-yaşayış sahələrinin qaz təminatı dayandırılıb.

Qəzanın yaratdığı fəsadların aradan qaldırılması üçün Birliyin əməkdaşları tərəfindən təmir-bərpa işlərinə başlanılıb.

Qafar Ağayev

Paylaş:
628

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər