20 Yanvar dairəsinə giriş məhdudlaşdırılır - Alternativ yollar | 1news.az | Xəbərlər
Cəmiyyət

20 Yanvar dairəsinə giriş məhdudlaşdırılır - Alternativ yollar

10:29 - 30 / 04 / 2020
20 Yanvar dairəsinə giriş məhdudlaşdırılır - Alternativ yollar

Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 30 aprel və 1 may tarixlərində Moskva prospektindən 20 Yanvar dairəsinə şəhərdən çıxış istiqamətinə doğru hərəkət məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) 1news.az-a verilən məlumata görə, alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan, həmçinin Moskva pr-ti - Cavadxan küç. - 3-cü mkrn.dairəsi və ya Tbilisi pr-ti - Ədbdulvahab Salamzadə – Ceyhun Səlimov küçələri - 3 mkrn.dairəsi istiqamətlərindən istifadə edərək Asif Məhərrəmov və Rövşən Cəfərov küçələri ilə Moskva pr-nin köməkçi yoluna çıxa bilərlər.

Qeyd edək ki, 2 və 3 may tarixlərində isə Moskva prospektindən 20 Yanvar dairəsinə şəhər istiqamətində hərəkət məhdudlaşdırılacaq.

Alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan və Bakı Dairəvi-1 avtomobil yolundan, həmçinin Alatava - Dadaş Bünyadzadə , Alatava - Müzəffər Həsənov küçələri istiqamətindən istər 20 Yanvar dairəsinə, istərsə də şəhərin digər istiqamətlərinə çıxa bilərlər.

Qafar Ağayev

Paylaş:
932

Son xəbərlər

Bütün xəbərlər