Abşeronda dəhşətli qətl - Kişi qısqandığı arvadını öldürdü - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda dəhşətli qətl - Kişi qısqandığı arvadını öldürdü - RƏSMİ

10:50 - 30 / 04 / 2020
Abşeronda dəhşətli qətl - Kişi qısqandığı arvadını öldürdü - RƏSMİ

Baş Prokurorluq Abşeronda arvadını öldürən kişinin tutulması ilə bağlı rəsmi məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov 1news.az-a açıqlamasında bildirib ki, ilkin araşdırmalarla aprelin 29-da saat 21 radələrində 1991-ci il təvəllüdlü Anar Bəkirovun Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovaya bıçaqla xəsarətlər yetirib qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, 

Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.

K.Zeynalov həmçinin qeyd edib ki, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

Qafar Ağayev

Paylaş:
670

Son xəbərlər

Bütün xəbərlər