Mərkəzi Gömrük Hospitalı  Teletibb xidmətinə başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mərkəzi Gömrük Hospitalı  Teletibb xidmətinə başlayıb

15:04 - 01 / 05 / 2020
Mərkəzi Gömrük Hospitalı  Teletibb xidmətinə başlayıb

Daim pasiyentlərin rahatlığını düşünən Mərkəzi Gömrük Hospitalı Teletibb xidmətini tətbiq edib.

Hospitalın mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, artıq karantin müddətində və ya özünütəcrid zamanı evdə qalan pasiyentlər Mərkəzi Gömrük Hospitalının həkimləri ilə Teletibb xidməti vasitəsi ilə canlı bağlantı quraraq onların distant məsləhətini ala bilərlər.

Distant məsləhəti almaq üçün pasiyent Mərkəzi Gömrük Hospitalının https://customshospital.az veb səhifəsinə daxil olaraq Həkimlər bölməsində tibbi bağlantı qurmaq istədiyi həkimin səhifəsində Teletibb düyməsi vasitəsi ilə müraciət edə bilər. Bu xidmət ilk növbədə, karantin dövründə insanların rahatlığı, yəni evdən çıxmadan tibbi yardım üçün müraciət etməsi məqsədilə tətbiq olunub.

Karantin zamanı Mərkəzi Gömrük Hospitalının Teletibb xidmətindən pulsuz istifadə etmək olar. Bu proqram haqqında ətraflı məlumat almaq  üçün (012) 404-08-08 nömrəsinə zəng vuraraq və ya (050) 404-08-08 WhatsApp nömrəsinə yazaraq  ətraflı məlumat almaq mümkündür.

1news.az

Paylaş:
649

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər