Milli Məclis Cinayət Məcəlləsinə 200-ə yaxın dəyişikliyi təsdiq etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclis Cinayət Məcəlləsinə 200-ə yaxın dəyişikliyi təsdiq etdi

15:46 - 01 / 05 / 2020
Milli Məclis Cinayət Məcəlləsinə 200-ə yaxın dəyişikliyi təsdiq etdi

Azərbaycanda Cinayət Məcəlləsinə 200-ə yaxın dəyişiklik təsdiq edilib.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişiklikdə cinayətlərin dekriminallaşdırılması təklif edilir, 10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılır, 25 cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılır, 3 cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunur.

Eyni zamanda 30 cinayətə görə azadlıqdan məhrum etməyə alternativ cəzalar (cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması) daxil edilir. 60 cinayətə görə cərimə və ya azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi nəzərdə tutulur.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

1news.az

Paylaş:
686

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər