Onlar belə sürpriz gözləmirdilər – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Onlar belə sürpriz gözləmirdilər – FOTO – VİDEO

16:30 - 01 / 05 / 2020
Onlar belə sürpriz gözləmirdilər – FOTO – VİDEO

Bütün dünya Covid 19-la mübarizə aparır. Biz “Biz birlikdə güclüyük!” çağırışı ilə bu mübarizəyə qoşulduq, həmrəyliyimizi, birliyimizi gücləndirdik.

Məsuliyyət, yüksək nizam-intizam və ən başlıcası, milli həmrəylik nümayiş etdirdik. Bu tədbirlərdə fəal iştirak edən “Azerbaijan Poultry Company” sosial izolyasiya dövründə vətəni üçün çalışmaqda, vəzifə borcunu yerinə yetirməkdə davam edən vətəndaşlarımıza və yaş riskinə görə cəmiyyətdən izolyasiya olunan “Müharibə və Əmək veteranları pansionu”-nun sakinlərinə  incə bir addımla sürpriz etdi.

“Hər kəs evdə qalmalı ikən onlar bizim üçün çalışdılar. Öz həyatlarını riskə ataraq bizim üçün səfərbər oldular. Biz də - “Mərcan” istehsalçısı və “Baku Roses” olaraq onlara minnətdarlığımızı bildirmək, azacıq da olsa könüllərini açmaq üçün gül dəstələri hədiyyə etdik. Pandemiya dövründə durmadan iş başında olanlara -  market və aptek işçilərinə, KİV nümayəndələri və çalışan ofis əməkdaşlarına, COVİD-19-dan əziyyət çəkənlərə birbaşa xidmət göstərən klinikaların işçi heyətinə  təşəkkür etdik.

Əlbəttə ki, bu gün alıcılarımızı davamlı və fasiləsiz olaraq “Mərcan” məhsullları ilə təmin etməkdə əməyi keçən “Azerbaijan Poultry Company”nin əməkdaşlarını da diqqətdən kənarda qoymadıq.

Bundan başqa kimsəsiz ahılları da unutmadıq. Siz də unutmayın. Çətin günlərin sonuna az qalıb”– deyə, şirkətin PR və Kommunikasiya meneceri Günay Əkbər qeyb edib.

Reklam hüququnda

Paylaş:
665

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər