Türkiyədən gələn azərbaycanlı həkimlərin növbəti səfəri rayon xəstəxanalarına olacaq

“Türkiyədən gələn 20-yə yaxın soydaşımızın fəalliyyətininin birinci mərhələsi tamamlanıb. 20-yə yaxın soydaşımızın 4 ayrı qrup şəklində Bakı şəhərində xüsusi rejimli xəstəxanalarda təlimləri və xəstələrə xidməti tamamlanıb”.
1news.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in sədri Ramin Bayramlı deyib:
“Bununla əlaqədər iclas keçirilib və atılacaq addımlar müzakirə edilib. Artıq bu heyətin növbəti səfəri mayın 3-də Gəncə, Goranboy, Şəmkir, Ağdaş xəstəxanalarına olacaq. Rayonlarda mərkəzi xəstəxanalarda, Gəncə şəhərində isə Abbas Səhət adına xəstəxanada eyni təlimlər və xəstələrə xidmət prorsesi davam etdiriləcək”.
Qafar Ağayev
730