İctimai yerlərdə qoruyucu vasitələrdən istifadə məcburi olacaq

Bir sıra ictimai yerlərdə qoruyucu vasitələrdən istifadə məcburi olacaq.
1news.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. Onun sözlərinə görə, Azərbaycanda karantin rejimi ilə əlaqədar vətəndaş qəbulu, ictimai nəqliyyatda, bazar və yarmarkalarda, turizm və ictimai iaşə obyektlərində, ayrı-ayrı ofislərin fəaliyyətin hərəkəti üzrə 6 yeni təlimat göstərişləri hazırlanıb.
TƏBİB sədri bildirib ki, göstərişlər müvafiq orqanlara təqdim edilib: “Sabah onlar koronavirus.info saytında yerləşdiriləcək. Bu təlimatların icrası çox ciddi şəkildə həyata keçirilməlidir”.
R.Bayramlı qeyd edib ki, ictimai yerlərdə sosial məsafənin saxlanması önəmlidir: “Bir sıra ictimai yerlərdə qoruyucu vasitələrdən istifadə məcburi olacaq. Bununla bağlı məsələ təlimatlarda öz əksini tapacaq”.
1news.az