İbrahim Məmmədov: SMS icazə mexanizmi narıncı zonada qüvvədə qalır | 1news.az | Xəbərlər
Cəmiyyət

İbrahim Məmmədov: SMS icazə mexanizmi narıncı zonada qüvvədə qalır

17:58 - 01 / 05 / 2020
İbrahim Məmmədov: SMS icazə mexanizmi narıncı zonada qüvvədə qalır

“SMS icazə sistemi narıncı zonada – Bakı, Abşeron, Gəncə və Lənkəran istisna olmaqla digər rayonlarda, yəni sarı zonada ləğv edilib”.

1news.az-ın verdiyi xəbərə görə, bunu bü gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ.Məmmədov deyib ki, sarı zonada karantin rejimi ləğv edilib: “Narıncı zonada isə SMS ilə icazə mexanizmi qalır. Sadəcə dövlət orqanlarında işləyənlərin sayı artacaq. Bu da Nazirlər Kabinetinin sərəncamı ilə tənzimlənəcək”.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri qeyd edib ki, narıncı zonada bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur: “İstisna isə “Mall”arla bağlıdır”.

S.Xankişiyeva

 

 

 

 

 

Paylaş:
946

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər