Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər vəsait toplanıb? | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər vəsait toplanıb?

18:00 - 01 / 05 / 2020
Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər vəsait toplanıb?

“Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə qədər 113 milyon manat civarında vəsait topanıb”.

1news.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində nazirlər kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib:

“Fondun vəsaiti ilə bağlı hələ ki, xərəcləmə yoxdu. Ona görə ki, dövlətin ayırdığı vəsait hələlik kifayət dir. Növbəti həftə fondun vəsaitlərinin xərclənməsinə nəzarət edən İctimai Nəzarət Şurasının iclası olacaq. Fondun vəsaitlərinə sərəncam verən qurum Nazirlər Kabinetidir, amma yaradılan İctimai Nəzarət Şurası bu vəsaitin hansı istiqamətdə yönəldilməsinə nəzarət edir. Bu şuranın iclasından sonra ictimaiyyətə tam məlumat veriləcək” – deyə, İ. Məmmədov fikirlərinə əlavə edib.

Qafar Ağayev

Paylaş:
633

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər