“Telegram”da yeni funksiya istifadəyə veriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“Telegram”da yeni funksiya istifadəyə veriləcək

19:00 - 01 / 05 / 2020
“Telegram”da yeni funksiya istifadəyə veriləcək

"Telegram" 2020-ci ildə messencer istifadəçilərinə qrup şəklində videozənglər funksiyasını təqdim etməyi planlaşdırır.

1news.az ictnews.az-a istinadən bildirir ki, "Telegram" şirkətinin məlumatında deyilir: "Hazırkı qlobal izolyasiya rejimi video rejimində ünsiyyət üçün etibarlı vasitəyə zəruriliyi nümayiş etdirdi. 2020-ci ildə videozənglər 2013-cü ildəki yazışmalara bənzəyir. Etibarlı, rahat olan, lakin bu iki keyfiyyəti özündə birləşdirməyən mobil əlavələr mövcuddur. Biz bunu aradan qaldırmaq istəyirik və diqqəti 2020-ci ildə təhlükəsiz qrup şəklində videozənglər funksiyasını təqdim etməyə yönəldəcəyik".

Messencerdə yeni funksiyanın nə vaxt tətbiq ediləcəyi barədə məlumat verilmir.

Qeyd edək ki, "Telegram" messenceri 2013-cü ildə "VKontakte" təsisçisi Pavel Durov tərəfindən yaradılıb. "Telegram" 2018-ci ildən Rusiya məhkəməsinin qərarı ilə ölkə ərazisində bloklanıb. Buna səbəb kimi messencer rəhbərliyinin istifadəçi yazışmalarının şifrləmə açarlarını Rusiya Federal Təhlükəsizlik Xidmətinə təqdim etməkdən imtina etməsi göstərilir.

1news.az

Paylaş:
575

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər