Ramazanın 8-ci günü: dua, imsak və iftar vaxtı – TƏQVİM

Sabah Ramazan ayının 8-ci günüdür.
1news.az-ın verdiyi xəbərə görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 2-də Bakıda imsak saat 03:58, iftar isə saat 19:52-dədir.
Ramazan ayının 8-ci gününün duası:
"Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin".
Tərcüməsi:
"İlahi, bu ayda mənə yetimlərə münasibətdə mərhəmətli olmağı, çörək verməyi, sülhpərvər olmağı, hörmətli adamlarla oturub-durmağı nəsib et Öz qüdrətin sayəsində, ey ümid edənlərin Pənahı!"
Allah orucunuzu qəbul etsin!
S.Xankişiyeva
1105