Azərbaycanda bəzi şəxslərə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda bəzi şəxslərə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verildi

22:50 - 01 / 05 / 2020
Azərbaycanda bəzi şəxslərə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verildi

Nazirlər Kabinetinin təsdiqlədiyi "Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası"na əsasən, müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.

Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib.

O qeyd edib ki, qərarda pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olmayanlar (məhkumluğu, bəzi xəstəlikləri olan və sair), habelə pedaqoji təhsili olmayan ali təhsil mütəxəssislərinin siyahıda müəyyən edilmiş bəzi fənləri tədris etmək hüququ nəzərdə tutulub.

Bu halda həmin mütəxəssislər pedaqogika, psixologiya və təlim strategiyaları ilə bağlı təşkil olunacaq ödənişsiz təlim kurslarına cəlb olunacaqlar. Kənd rayonlarında yerləşən kadr çatışmazılığı olduqda, məzmun və mahiyyət etibarilə uyğun fənlərin (misal kimi, kimya-biologiya, fizika-riyaziyyat, tarix-coğrafiya və sair) müvafiq fənn müəllimi tərəfindən tədrisinə icazə veriləcək. Pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan bütün şəxslər müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən işə qəbul ediləcək.

S.Xankişiyeva

 

 

Paylaş:
900

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər