Azərbaycanın yeni Baş prokuroru təsdiqləndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın yeni Baş prokuroru təsdiqləndi

11:30 - 01 / 05 / 2020
Azərbaycanın yeni Baş prokuroru təsdiqləndi

Milli Məclisin bugünkü iclasında "Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında" məsələ müzakirəyə çıxarılıb.

1news.az-ın məlumatına görə, Prezident İlham Əliyev Baş prokuror vəzifəsinə Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin namizədliyini irəli sürüb.

İclasda Kamran Əliyev də iştirak edib.

Məsələ barəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev məlumat verib.

Ə.Vəliyev qeyd edib ki, Kamran Əliyevin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilir.

Müzakirələrdən sonra məsələ səsə qoyularaq təsdiq edilib.

Xatırladaq ki, 64 yaşlı Zakir Qaralov 25 aprel 2000-ci ildən sözügedən vəzifədə idi.

1news.az

Paylaş:
638

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər