Kamran Əliyev: SMS-lə icazə qayınanagilə getmək üçün verilmir | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamran Əliyev: SMS-lə icazə qayınanagilə getmək üçün verilmir

14:43 - 02 / 05 / 2020
Kamran Əliyev: SMS-lə icazə qayınanagilə getmək üçün verilmir

“8103-ə SMS yazaraq küçəyə çıxmaq icazəsi ancaq qərarda nəzərdə tutulan məqsədlər üçündür. Bu icazə qayınana evinə getmək üçün verilmir axı”.

Bunu DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Kamran Əliyev “Space” TV-də yayımlanan “Siqnal” verilişində deyib.

Tamaşaçılardan birinin “Mənim və yoldaşımın şəxsiyyət vəsiqəsi var. Ancaq 4 yaşında qızımın şəxsiyyət vəsiqəsi yoxdur. Biz qayınanamgilə getmək istəyirik. Bu halda nə edə bilərik” sualına cavabında DİN rəsmisi SMS-lə icazə sistemində bunun nəzərdə tutulmadığını deyib. O, ailəyə qayınanasıgilə getmək üçün karantin rejiminin ləğvini gözləməyə məsləhət görüb.

S.Xankişiyeva

 

Paylaş:
704

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər