Ramazanın 9-cu günü: dua, imsak və iftar vaxtı - TƏQVİM | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramazanın 9-cu günü: dua, imsak və iftar vaxtı - TƏQVİM

19:22 - 02 / 05 / 2020
Ramazanın 9-cu günü: dua, imsak və iftar vaxtı - TƏQVİM

Sabah Ramazan ayının doqquzuncu günüdür.

1news.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 03:57-də, iftar isə saat 19:53-dədir.

Ramazan ayının 9-cu gününün duası:

"Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin".

Tərcüməsi:

"İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!"

Allah orucunuzu qəbul etsin!

S.Xankişiyeva

 

Paylaş:
1216

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər