Bakı Media Mərkəzi Azərbaycan polisinə həsr olunan videoçarx hazırladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Media Mərkəzi Azərbaycan polisinə həsr olunan videoçarx hazırladı

12:10 - 02 / 05 / 2020
Bakı Media Mərkəzi Azərbaycan polisinə həsr olunan videoçarx hazırladı

Bakı Media Mərkəzi bu dəfə polislərimizə həsr olunan videoçarx hazırlayıb.

1news.az-ın verdiyi xəbərə görə, layihə Mədəniyyət nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə birgə ərsəyə gəlib.

Görüntülərdə Azərbaycan polislərinin koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə həkimlərimizlə yanaşı ön cəbhədə olduqlarından bəhs olunur. Onlar da öz səhhətlərini təhlükəyə ataraq, vətəndaşlarımızın sağlamlığının keşiyini çəkir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsinə nəzarət edir. Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların köməyinə də çatır, onlara yardım əli uzadır.

S.Xankişiyeva

 

Paylaş:
811

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər