Bir ayda 45 445 sürücü xüsusi karantin rejiminin qaydalarını pozub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bir ayda 45 445 sürücü xüsusi karantin rejiminin qaydalarını pozub

12:49 - 02 / 05 / 2020
Bir ayda 45 445 sürücü xüsusi karantin rejiminin qaydalarını pozub

Karantin rejimi qaydalarını pozan daha 694 sürücü saxlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) 1news.az-a verilən məlumata görə, Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 01.05.2020-ci il saat 00:00-dan 02.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 694 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 45 445 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

S.Xankişiyeva

 

Paylaş:
723

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər