“Yüksəliş” müsabiqəsinin videomüsahibə turu yekunlaşıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Yüksəliş” müsabiqəsinin videomüsahibə turu yekunlaşıb

17:12 - 04 / 05 / 2020
“Yüksəliş” müsabiqəsinin videomüsahibə turu yekunlaşıb

“Yüksəliş” müsabiqəsinin videomüsahibə turu başa çatıb.

1news.az-ın verdiyi xəbərə görə, əyani mərhələyə buraxılan 976 namizəddən 939 iştirakçı bu tura qatılıb.

Videomüsahibə mərhələsinin qaydalarına əsasən, namizədlər təklif olunan 5 sualdan 3-nü seçərək cavablandırıb. Göstərilmiş tələblərə uyğun videoları yükləyən bütün iştirakçılar növbəti mərhələyə dəvət ediləcəklər.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

S.Xankişiyeva

 

Paylaş:
436

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər