Vüsal Kərimli: Karantin rejimi dövründə paytaxt avtobusları ilə 21,6 milyondan çox sərnişin daşınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Vüsal Kərimli: Karantin rejimi dövründə paytaxt avtobusları ilə 21,6 milyondan çox sərnişin daşınıb

17:16 - 04 / 05 / 2020
Vüsal Kərimli: Karantin rejimi dövründə paytaxt avtobusları ilə 21,6 milyondan çox sərnişin daşınıb

Martın 24-dən bu günədək paytaxtda avtobuslarla 21 milyon 652 min sərnişin daşınıb.

1news.az-ın verdiyi xəbərə görə, bu sözləri mayın 4-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, hazırda Bakıda sərnişinlərə 1 750 avtobus xidmət göstərir.

“Metronun bağlanması ilə əlaqədar express avtobuslar təşkil olunub. Əlavə sürücülər işə qəbul edilib” - deyə o, qeyd edib.

V.Kərimli həmçinin deyib ki, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində avtobuslarda mütəmadi dezinfeksiya işləri aparılıb.

S.Xankişiyeva

 

Paylaş:
599

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər