Bakıda ekspress taksi xidməti təşkil edilə bilər

"Bakı Metropoliteni" QSC-nin fəaliyyəti bərpa olunduqdan sonra paytaxtdakı ekspress marşrut xətləri üzrə hərəkət edən avtobusların işləyib-işləməməsi məsələsinə baxılacaq.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
“Ekspress avtobuslar günün pik saatlarında fəaliyyət göstərə bilər. Bundan başqa,ekspress taksi xidmətinin də təşkil edilməsi istisna deyil”, - o qeyd edib.
S.Xankişiyeva
583