Avtobus kartlarına ödəmə onlayn olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtobus kartlarına ödəmə onlayn olacaq

17:48 - 04 / 05 / 2020
Avtobus kartlarına ödəmə onlayn olacaq

Bakıdakı bütün sərnişin avtobuslarında gediş haqqının karta ödənilməsi təmin edildikdən sonra kartlara onlayn ödəmə mümkün olacaq.

1news.az-ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabinrti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı işlər görülür:

“Biz planlaşdırmışıq ki, Bakıda bütün sərnişin avtobusları kart sisteminə keçəndən sonra bu məsələ reallaşacaq. Hazırla avtobusların kartla ödənişə keçməsi ilə bağlı iş gedir”.

O əlavə edib ki, əvvəlcədən onlayn ödəmə sisteminə keçid bu ilə nəzərdə tutulub:

“Pandemiya ilə bağlı hələlik məsələ qalıb. Kart aparatlarında bəzən texniki problemlər ortaya çıxır. “Bakıkart”la bağlı hər hansı texniki problemi müşahidə etməmişik, ancaq digərlərində müşahidə olunub. Bu problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir”.

S.Xankişiyeva

Paylaş:
553

Son xəbərlər

Bütün xəbərlər