BNA: Ekspres avtobuslar karantin rejimindən sonra da xətdə qala bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

BNA: Ekspres avtobuslar karantin rejimindən sonra da xətdə qala bilər

18:00 - 04 / 05 / 2020
BNA: Ekspres avtobuslar karantin rejimindən sonra da xətdə qala bilər

Ekspres avtobuslar karantin rejimindən sonra da xətdə qala bilər.

1news.az-ın verdiyi xəbərə görə, bu sözləri mayın 4-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli deyib

“Avtobuslar 10 dəqiqə gözləyirsə sərnişinlər də artır. Sərnişinlər avtobuslarda sosial məsafə riayət etmir. BNA tərəfindən sürüclər tibbi maska və əlcəklərlə təmin olunub. Nəqliyyat vasitələri intizamlı olarsa birgə biz sərnişindaşımanı həyata keçirə biləcəyik.

Ekspres avtobuslar karantin rejimindən sonra da xətdə qala bilər. Ekspres avtobuslar pik saatlarda faəliyyət göstərə bilər. Amma normal vaxtlarda bu dayanacaq”.

S.Xankişiyeva

 

 

Paylaş:
707

Son xəbərlər

Bütün xəbərlər