Azərbaycanda zəlzələ olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda zəlzələ olub

09:21 - 04 / 05 / 2020
Azərbaycanda zəlzələ olub

Mayın 4-ü yerli vaxtla saat 00:03-də Gəncə stansiyasından 45 km şimalda Samux ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) verilən məlumata görə, yeraltı təkanların maqnitudası 4,3 bal olub.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Daha bir zəlzələ saat 02:00-da Gəncə stansiyasından 49 km şimalda Samux ərazisində zəlzələ qeydə alınıb. Yeraltı təkanların maqnitudası 3,1 bal olub.

Zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

1news.az

Paylaş:
494

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər