“Gilan Holdinq” 6 000 ailəyə yardım edib – FOTO – VİDEO  | 1news.az | Xəbərlər
Cəmiyyət

“Gilan Holdinq” 6 000 ailəyə yardım edib – FOTO – VİDEO 

11:10 - 04 / 05 / 2020
“Gilan Holdinq” 6 000 ailəyə yardım edib – FOTO – VİDEO 

Korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq hər zaman sosial məsələlərə həssas münasibəti ilə seçilən “Gilan Holdinq” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına qoşulub.

Belə ki, holdinqin əməkdaşları koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar yaşı 65-dən yuxarı tənha şəxslərə, aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə baş çəkib, onlara ərzaq məhsullarından ibarət yardımlar çatdırıblar.

Holdinq tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin siyahıları əsasında  respublikanın Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Astara, Biləsuvar, Balakən, Cəbrayıl, Xocavənd və Bakının Xəzər, Nizami, Pirallahı, Sabunçu, Səbail, Suraxanı və Yasamal rayonları ərazisində yaşayan ümumilikdə 6000 ailəyə yardım edilib.

Yardım çərçivəsində “Gilan Holdinq”in əməkdaşları vətəndaşların xüsusi karantin rejiminin qaydalarına riayət etmələrinin vacibliyini də bildiriblər.

 

Paylaş:
512

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər