Müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərlə onlayn müsahibələrə başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərlə onlayn müsahibələrə başlanılıb

11:16 - 04 / 05 / 2020
Müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərlə onlayn müsahibələrə başlanılıb

Mayın 4-də Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələrə start verilib. 

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, mayın 2-dən namizədlərin şəxsi səhifələrinə onlayn müsahibə barədə ətraflı məlumat göndərilib.

Qeyd edək ki, Bakı şəhəri üzrə müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərlə onlayn müsahibələr yekunlaşdıqdan sonra mərhələli şəkildə digər rayon (şəhər) məktəblərində çalışan müəllimlərlə də müsahibələr başlayacaq.

Qafar Ağayev

Paylaş:
390

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər