Tanrıverdi Mustafayev yeni vəzifəyə təyin olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Tanrıverdi Mustafayev yeni vəzifəyə təyin olundu

10:51 - 05 / 05 / 2020
Tanrıverdi Mustafayev yeni vəzifəyə təyin olundu

“Azərişıq” ASC-də kadr dəyişikliyi baş verib. Vaqif Aydınoğlu qurumun mətbuat xidmətinin rəhbəri təyin olunub.

1news.az xəbər verir ki, “Azərişığ”ın keçmiş mətbuat katibi Tanrıverdi Mustafayev isə müşavir vəzifəsinə gətirilib.

Təyinatı təsdiq edən T.Mustafayev deyib ki, artıq bu gündən yeni vəzifəsinin icrasına başlayıb:

“Vəzifəmin ilk icrasına regionda başladım. Hazırda Tovuz rayonundayam. Regionlarda elektrik enejrisi şəbəkəsinin yenidənqurulması işləri ilə tanış olmaq üçün bu rayona gəlmişəm. Mənə göstərilən böyük etimada görə başda sədrimiz Vüqar Əhmədov olmaqla bütün rəhbərliyimizə minnətdaram. Çalışacam ki, bu etimadı doğruldum”.

Qeyd edək ki, V. Aydınoğlu bu təyinata qədər ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru olub.

Qafar Ağayev

Paylaş:
751

Son xəbərlər

Bütün xəbərlər