Azərbaycanda koronavirus daha çox bu bölgələrdə yayılıb

Ölkə üzrə koronavirusa yoluxma faizləri açıqlanıb.
1news.az-ın verdiyi xəbərə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
“Azərbaycanda yoluxma halları arasında faiz göstəriciləri Bakı üzrə 45.3, Gəncə-Qazax üzrə 14.1, Lənkəran üzrə 10 faiz təşkil edir. Həmin ərazilər narıncı zona elan edilib və orada karantin qaydalarına ciddi riayət edilmir.
Bakı üzrə ən çox yoluxma halı Yasamal və Sabunçu rayonları üzrə qeydə alınıb. Adları sadalanan yerlərdə bir nəfər çox sayda adamı yoluxdurduğuna görə yeni ocaqlar yaranıb”.
S.Xankişiyeva
743