Koronavirus xəstəsinin bir günlük müalicə xərcləri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirus xəstəsinin bir günlük müalicə xərcləri açıqlanıb

17:41 - 06 / 05 / 2020
Koronavirus xəstəsinin bir günlük müalicə xərcləri açıqlanıb

Azərbaycanda bir koronavirus xəstəsinin bir günlük müalicəsi üçün 80-150 manat sərf edilir.

1news.az-ın verdiyi xəbərə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ən yüngül vəziyyətdə olan xəstələrin müalicəsi üçün təqribən 80, ağır vəziyyətdə olan xəstələrin müalicəsi üçün 150 manat xərclənir:

“Amma bu rəqəm xəstənin ağırlıq vəziyyətindən asılı olaraq dəyişir. Bu məbləğə həmin xəstənin yemək, tibbi ləvazimat xərcləri, xəstəni müalicə edən həkimlərin nəvacibləri və digər məsələlər daxildir”.

S.Xankişiyeva

 

Paylaş:
423

Son xəbərlər

Bütün xəbərlər