Son günlər insanlar maskalardan istifadə etmirlər – Agentlik sədri

Son bir neçə gündə yoluxma sayında artım müşahidə olunur. Bu, birbaşa karantin rejiminin yumşaldılması ilə əlaqələndirilir.
1news.az-ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
Zaur Əliyevin sözlərinə görə, son zamanlar insanlar fərdi qoruyucu vasitələrdən, maskalardan istifadə etmirlər:
“10 gün əvvəl Bakıda 10 nəfərdən 4-5-i maska ilə gəzirdisə, son günlərdə isə 1-2 nəfərin qoruyucu vasitədən istifadə etdiyini görürük. Bu isə koronavirusa yoluxmanın artması ilə nəticələnir”.
S.Xankişiyeva
483