İmişlinin sabiq icra başçısı həbs edildi – YENİLƏNİB

İmişli Rayon İcra Hakimiyyətin sabiq başçısı Vilyam Hacıyevə qarşı irəli sürülən ittihamlar məlum olub.
APA-nın məlumatına görə, istintaq orqanı tərəfindən sabiq icra başçısına Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri üzrə ittiham verilib.
21.00
Səbail Rayon Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanınının təqdimatına baxılıb.
Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
18:18
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev məhkəməyə gətirilib.
APA xəbər verir ki, hazırda Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin V. Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatına baxılır.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin ötən gün İmişli rayon İcra Hakimiyyətində xüsusi əməliyyat keçirdiyi və rayon icra hakimiyyətin başçı Vilyam Hacıyevin saxlandığı yayılıb. Bu gün Prezident İlham Əliyev tərəfindən Vilyam Hacıyevin tutduğu vəzifədən azad edilib.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi - Prezidentdən SƏRƏNCAM
S.Xankişiyeva