Azərbaycanda koronavirusla bağlı son vəziyyət – STATİSTİKA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 6-na olan statistik göstəriciləri açıqlayıb.
1news.az-ın verdiyi xəbərə görə, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 309 test edildiyi bildirilir, ölkə ərazisində indiyə qədər 169 790 test aparılıb.
Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə 2127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1536 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 563 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 169.790 test aparılıb.
S.Xankişiyeva