Bakıda velosiped oğurlayan şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda velosiped oğurlayan şəxs saxlanıldı

09:56 - 06 / 05 / 2020
Bakıda velosiped oğurlayan şəxs saxlanıldı

Bakıda velosiped oğurlayan şəxs saxlanılıb.

1news.az-ın məlumatına görə, Nizami rayonu, M.Səfərli küçəsində yaşayan R.Yusufov polisə müraciət edərək bildirib ki, ona məxsus dəyəri 1 150 manat olan iki velosiped naməlum şəxs tərəfindən oğurlanıb.

Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 1980-ci il təvəllüdlü Orxan Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
483

Son xəbərlər

Bütün xəbərlər